Ümumi

Mesa Medical Group “Medinex 2025” – 27-ci Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisində

Mesa Medical Group — Medinex 2025

30 oktyabr – 1 noyabr tarixlərində Bakı səhiyyə sektorunun əsas görüş nöqtəsinə çevrilib. Azərbaycanın səhiyyə sahəsində mühüm tədbirlərindən olan 27-ci Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi – “Medinex 2025”, səhiyyə peşəkarlarını, tibb müəssisələrinin rəhbərlərini, sahibkarları, distribütorları və investorları bir araya gətirib.

Bu mühüm tədbirdə Mesa Medical Group da iştirak edib. Şirkət sərgi çərçivəsində tibbi cihazlar, tibbi avadanlıqlar və tibbi aparatlar sahəsində ən son yenilikləri təqdim edərək səhiyyə sektorunda innovativ həlləri nümayiş etdirib.

Mesa Medical Group, “Medinex 2025” sərgisində innovativ tibbi texnologiyalar, müasir diaqnostik və estetik avadanlıqlar, eləcə də peşəkar tədris və təlim imkanlarını təqdim etməklə səhiyyə sahəsində tərəfdaşlıq və bilik mübadiləsinə töhfə verib.

Dövlətin səhiyyə sisteminin modernləşdirilməsinə yönəlmiş islahatları və bu sahənin son illərdə dinamik inkişafı fonunda keçirilən “Medinex” sərgisi, innovasiyaların, təcrübə paylaşımının və yeni əməkdaşlıqların təşviqinə xidmət edən vacib platforma rolunu oynayıb.

Sərgi müddətində Mesa Medical Group səhiyyə mütəxəssisləri ilə birbaşa ünsiyyət qurub, tərəfdaşlıq imkanlarını genişləndirib və tibbi cihazlar üzrə yeni texnoloji həlləri nümayiş etdirib. B2B və B2G görüşlər çərçivəsində yerli və beynəlxalq əməkdaşlıqlar üçün yeni perspektivlər yaradılıb.

 

Mesa Medical Group — Medinex 2025

Mesa Medical Group — Medinex 2025

Mesa Medical Group — Medinex 2025

Mesa Medical Group — Medinex 2025

Mesa Medical Group — Medinex 2025

Mesa Medical Group — Medinex 2025

Mesa Medical Group — Medinex 2025

Mesa Medical Group — Medinex 2025

Mesa Medical Group — Medinex 2025

Mesa Medical Group — Medinex 2025

Mesa Medical Group — Medinex 2025

Mesa Medical Group — Medinex 2025

Mesa Medical Group — Medinex 2025

Mesa Medical Group — Medinex 2025